BANM-də “Açıq qapı” günü keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə “Açıq qapı” günü keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə I və II ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlər, ölkənin müxtəlif orta məktəblərinin şagirdləri və onların valideynləri, eləcə də məktəb direktorları iştirak ediblər.
Görüş zamanı BANM-in rektoru Elmar Qasımov ali məktəbin üstünlükləri haqqında danışıb. O, yeni açılan data analitikası və maliyyə ixtisasları ilə yanaşı, tədris olunan digər ixtisaslar barədə ətraflı məlumat verib.
Qonaqlar sırasında BANM-in məzunları da yer alıb, onlar şəxsi təcrübələrini və karyera yollarını iştirakçılarla bölüşüblər.