BANM rektoru çempion komanda ilə görüşüb
Bakı, 5 aprel, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Universitetlərarası Azərbaycan çempionatının qalibi olan BANM-ın “Stonks” komandası ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, komanda “Nə? Harada? Nə zaman?” intellektual oyununda bütün rəqiblərini geridə qoyaraq çempion titulunu qazanıb.
Rektor tələbələri təbrik edərək bu uğuru BANM üçün böyük nailiyyət adlandırıb. O, tələbələrin intellektual inkişafının vacibliyini vurğulayıb və ali məktəbin onlara daim dəstək verdiyini bildirib.
Qalib komandanın üzvləri:
Xaqani Zeynallı - İnformasiya təhlükəsizliyi, III kurs
Yusif Hüseynzadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
Elmar Yusifov - MBA, II kurs
Sahil Talıbov - Kimya mühəndisliyi, V kurs
Nasir Əsədzadə - Kimya mühəndisliyi, V kurs
Həsən Abbaslı - Proseslərin avtomatlaşdırılması mühəndisliyi, IV kurs.
Xatırladaq ki, çempionatda 6 region və paytaxtdan 25 ali təhsil müəssisəsinin 32 komandası iştirak edib.
Yarış Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [12:43]
“Sabahın alimləri”nin elmi tədqiqatı COP31 çərçivəsində təqdim edilib
- 20.11.2026 [18:40]
“Parla” proqramına bu il 2020 müraciət daxil olub
- 20.11.2026 [18:27]
Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya
- 20.11.2026 [17:57]
Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb
- 20.11.2026 [17:54]
Məktəblərdə bullinq: problemin səbəbləri və psixoloji nəticələri
- 20.11.2026 [17:44]
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqinə dair beynəlxalq seminar
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]
Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır
- 20.11.2026 [23:05]
Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib
- 20.11.2026 [22:42]
Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib
- 20.11.2026 [21:40]
Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub
- 20.11.2026 [20:58]
Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi
- 20.11.2026 [20:05]