SİYASƏT
Banqladeşin keçmiş Prezidenti: Yeni Azərbaycan Partiyasının xalqınız üçün nə qədər mühüm işlər gördüyü barədə məlumatımız vardır
Bakı, 22 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının xalqınız üçün nə qədər mühüm işlər gördüyü barədə məlumatımız vardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Banqladeşin keçmiş Prezidenti, Banqladeş Milli Partiyasının sədri Hüseyn Muhamməd Ərşad jurnalistlərə müsahibəsində bildirmişdir.
Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak edən banqladeşli qonaq tədbirdə təkcə Asiyanın deyil, eləcə də bütün dünyanın diqqət mərkəzində olan təhlükəsizlik, sülh və qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldığını qeyd etmişdir.
H.M.Ərşad demişdir ki, ilk dəfədir Azərbaycana səfərə gəlmişəm. Bakını çox bəyəndik. Hər yer təmiz və gözəldir. İnsanlarınız qonaqpərvərdirlər.