İDMAN
“Barselona” klubu “Sevilya” ilə matça ciddi itkilərlə çıxacaq
Bakı, 18 iyun, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Serxio Roberto və yarımmüdafiəçi Frenki de Yonq La Liqanın XXX turunda “Sevilya” komandası ilə matçı buraxacaqlar.
AZƏRTAC Kataloniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, iyunun 18-də S.Roberto və F.Yonq fərdi şəkildə məşq ediblər. İspaniyalı müdafiəçi qabırğasından, yarımmüdafiəçi isə sağ ayağından zədələnib.
“Sevilya”-“Barselona” görüşünə iyunun 19-da Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Qeyd edək ki, F.Yonq cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 38 matçda iki qolun vurub və eyni sayda məhsuldar ötürmə edib. S.Roberto isə 31 matçda bir qolun və iki məhsuldar ötürmənin müəllifi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
- 04.05.2024 [10:50]
Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək
- 04.05.2024 [10:31]
Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək
- 04.05.2024 [03:26]