Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNDƏ 2009-CU İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

Bakı, 25 yanvar (AZƏRTAC). Yanvarın 25-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2009-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin mühafizəsi sahəsində görülən işlərin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Əməliyyat müşavirəsini giriş sözü ilə açan nazir R.Usubov 2009-cu ilin ölkəmizin müasir tarixində yaddaqalan, önəmli hadisələrlə zəngin və əlamətdar olduğunu, ümummilli lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqil, demokratik dövlətimizi tərəqqiyə, gələcək uğurlara aparan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi möhtəşəm tədbirlərin məntiqi nəticəsi olaraq ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini, müdafiə potensialının gücləndiyini, iqtisadi sahədə böyük nailiyyətlər əldə edildiyini vurğulamışdır. General-polkovnik Ramil Usubov Azərbaycanda demokratik prinsiplərə, hüququn aliliyinə söykənən cəmiyyətin formalaşdığını, onun regionda lider dövlətə çevrildiyini bildirmiş və möhtərəm dövlət başçımızın dəfələrlə qeyd etdiyi fikri bir daha diqqətə çatdırmışdır ki, bütün bu uğurların qazanılmasında başlıca amillərdən biri də davamlı sabitlik, əmin-amanlıq, əlverişli kriminogen durumdur. Bu işdə daxili işlər orqanlarının danılmaz xidmətləri vardır.

İctimai asayişin təmin edilməsində ən mühüm istiqamətlərdən biri olan yol hərəkəti təhlükəsizliyi kimi məsul vəzifə məhz Dövlət Yol Polisi əməkdaşlarının üzərinə düşür. Ona görə də əməliyyat müşavirəsinin müzakirəsinə çıxarılan məsələ günün tələbləri baxımından olduqca aktualdır.

Daha sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov 2009-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində DYP əməkdaşlarının fəaliyyətinin nəticələrinə dair hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyatının və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.

Qeyd edilmişdir ki, təkcə 2009-cu ildə fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 75 min avtomobil gətirilmişdir ki, bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 937 mini keçmişdir. Belə bir şəraitdə Dövlət Yol Polisi əməkdaşları da işlərini müasir tələblər səviyyəsində qurmaq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir sıra praktiki tədbirlər həyata keçirmişlər. Hesabat ilində 884 mindən çox yol hərəkəti qaydasının pozulması faktı, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 20 min, sürət həddinin aşılması üzrə 138 min, ötmə qaydalarının pozulması üzrə isə 13 min fakt aşkar edilmişdir. Aşkar olunan qayda pozuntuları üzrə 105 mindən çox sürücü cərimə edilmişdir. 3062 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş belə tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayının və onların ağırlıq dərəcəsinin azalmasına nail olunmuşdur. Belə ki, respublika ərazisində 2792 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 930 nəfər ölmüş, 3044 nəfər yaralanmışdır. 2008-ci illə müqayisədə hadisələrin sayı 178 fakt, həlak olanların sayı 122, yaralananların sayı 188 nəfər azalmışdır. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin 43,5 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 24,3 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi səbəbindən baş vermişdir.

Hesabat dövründə DYP əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 20 nəfər yaxalanmış, qanunsuz saxlanılan 37 odlu silah, o cümlədən 20 avtomat, 8 tapança, 8 tüfəng, 1 pulemyot və digər döyüş sursatı yığılmışdır. Narkotiklərlə mübarizə məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində 33 fakt müəyyən edilmişdir ki, bunun sayəsində dövriyyədən 84 kiloqram narkotik vasitə çıxarılmışdır.

Məruzə ətrafında çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin bir sıra xidmət və ərazi orqanlarının rəisləri görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmış, nöqsanları qısa müddətdə aradan qaldıracaqlarını bildirmişlər.

Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətini ümumən müsbət qiymətləndirmiş, eyni zamanda hələ də bəzi çatışmazlıqların mövcud olduğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərmiş, tapşırıq və tövsiyələrini vermişdir. Nazir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına yüksək tələbkarlığı, diqqət və qayğısı xidməti vəzifələrin yerinə yetirilməsində məsuliyyətimizi daha da artırır. Gündəlik fəaliyyətində ictimaiyyətlə sıx təmasda olan Yol Patrul Xidmətinin əməkdaşları yol hərəkəti qaydalarını pozanlara, eləcə də cinayətkarlığa qarşı daha qətiyyətli və barışmaz mübarizə aparmalı, eyni zamanda, ədalətli və yüksək nizam-intizamlı olmalıdırlar.

Daxili işlər naziri Ramil Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanları, o cümlədən Dövlət Yol Polisi əməkdaşları cinayətkarlığa qarşı mübarizə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətini bundan sonra da qətiyyətlə davam etdirəcək, dövlətimizin başçısının sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmin edilməsi istiqamətində qarşıya qoyduğu bütün vəzifələri əzmlə yerinə yetirəcəklər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib