BAŞ MƏŞQÇİNİN GƏLƏCƏYİ SUAL ALTINDADIR
AZƏRTAC xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, futbol üzrə İspaniya yığma komandasının baş məşqçisi Luis Araqones onun mümkün varisi barədə gedən söz-söhbətdən narazılığını bildirmişdir. L.Araqones onu əvəzləyəcək məşqçinin adının builki qitə çempionatı başlamamış rəsmi elan ediləcəyi halda, vəzifəsindən istefa verəcəyini söyləmişdir.
İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar və idman direktoru Fernando Yerro L.Araqonesi dəyişmək fikrində olmadıqlarını bildirsələr də, baş məşqçi ayrı fikirdədir. L.Araqonesin nəzərincə, federasiyada baş məşqçi vəzifəsində məşhur hücumçu Raulu yenidən yığma komandaya qaytarmağa razı olan adamı görmək istəyirlər. Hazırda tanınmış məşqçilərdən ikisi - Visente del Boske və Antonio Kamaço buna hər an hazırdır.
Xatırladaq ki, yığma komandanı builki Avropa çempionatının final mərhələsinə çıxarmış 69 yaşlı L.Araqones Madridin “Real” komandasının canlı əfsanəsi olan Raulu millidən uzaqlaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]