Baş nazir Əli Əsədov Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
Bakı, 11 iyun, AZƏRTAC
Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 11-də bu ölkənin Baş naziri Abdulla Aripovun müşayiəti ilə Daşkənddə Müstəqillik abidəsini ziyarət edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Əli Əsədov abidənin önünə əklil qoyub.