DÜNYA
Baş Nazir: İqtisadi ticarət əlaqələrinin inkişafında nəqliyyat infrastrukturu mühüm rol oynayır
Tbilisi, 22 oktyabr, AZƏRTAC
Beynəlxalq daşımaların həcminin artırılması və iqtisadi ticarət əlaqələrinin inkişafı üçün regionda nəqliyyat infrastrukturu mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Tbilisidə keçirilən üçüncü İpək Yolu beynəlxalq forumundakı çıxışında deyib.
Baş Nazir bu xüsusda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rolunu vurğulayıb. Bildirib ki, hökumət BTQ-nin tikintisinin başa çatdırılması, Gürcüstan dəmir yolları infrastrukturunun modernləşdirilməsi, yüksəksürətli avtomobil magistral yollarının yenidən qurulması üçün böyük investisiyalar cəlb edib: “Bu layihələr böyük İpək Yolunun bərpasında mühüm rol oynayır. Eyni zamanda, təkcə bizim ölkələr üçün deyil, digər ölkələr üçün də əhəmiyyət kəsb edir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi