DÜNYA
Baş nazir Şinzo Abe vəziyyəti öyrənmək üçün Hokkaydo adasına gedib
Tokio, 9 sentyabr, AZƏRTAC
Bu gün Yaponiyanın Baş naziri Şinzo Abe sentyabrın 6-da güclü zəlzələnin baş verdiyi Hokkaydo adasında vəziyyəti öyrənmək üçün adaya səfər edib.
NHK telekanalının yaydığı məlumata görə, Baş nazir Sapporo şəhərinin Kiota rayonunda olub, helikopterdən çoxsaylı torpaq sürüşmələrinin baş verdiyi Akaşima rayonunu seyr edib. Sapporo şəhərinin meri Katsuhiro Akimoto Baş nazirə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən tədbirlər barədə məlumat verib.
Atsutamaçi və Anpin yaşayış məntəqələrinə baş çəkən Ş.Abe burada müvəqqəti təxliyə mərkəzlərində yerləşdirilən sakinlərlə görüşüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]
Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq
- 08.05.2024 [12:04]
Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb
- 08.05.2024 [11:48]
Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər
- 08.05.2024 [11:42]
ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb
- 08.05.2024 [11:34]