CƏMİYYƏT
Baş prokuror Gəncədə vətəndaşlarla görüşəcək

Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev oktyabrın 10-da, saat 10:00-da Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinləri ilə görüşəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.