Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BAŞ PROKURORLUQDA KEÇİRİLMİŞ GENİŞ KOLLEGİYA İCLASINDA ÖTƏN İL GÖRÜLMÜŞ İŞLƏRƏ YEKUN VURULMUŞ, QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

Bakı, 6 fevral (AZƏRTAC). Fevralın 6-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2008-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, 2008-ci ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dinamik şəkildə və yüksələn xətlə sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin qabaqcıl ölkələrə bərabər layiqli səviyyəyə qaldırılması, demokratik dəyərlərin tam şəkildə reallaşması və dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyası təmin olunmuşdur. 2008-ci ildə iqtisadiyyatın ən əsas göstəricisi olan ümumi daxili məhsulun, icmal büdcəsinin, valyuta ehtiyatlarının artımına nail olunmuş, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Əhalinin pul gəlirləri, minimum əmək haqqı və pensiyaların baza həddi artırılmış, 120 min yeni iş yeri açılmaqla 2003-cü ilin oktyabrından bu günədək həmin rəqəm 766 minə çatdırılmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng transmilli layihələrin uğurla reallaşdırılması ölkəmizin siyasi və iqtisadi mövqelərinin möhkəmləndirilməsi yolunda həlledici amillərə çevrilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin mənafelərinə uyğun olaraq sülh yolu ilə həll edilməsi istiqamətində böyük işlər görülmüş, hesabat ilinin mart ayında işğal olunmuş torpaqlarımızdakı vəziyyətlə bağlı BMT-nin Baş Məclisində böyük səs çoxluğu ilə ölkəmizin xeyrinə olan qətnamənin qəbulu kimi mühüm siyasi və diplomatik uğura nail olunmuşdur.

Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, 2008-ci ildə ən taleyüklü siyasi hadisə olan Azərbaycan prezidentinin seçkiləri keçirilmiş və bu seçkilər son 5 il ərzində ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafını və demokratik tərəqqisini təmin edən yeni məzmunlu müasir dövlətçilik siyasətinin təntənəsinin bariz nümunəsi olmuşdur. Həmin siyasətin gələcək onilliklər üçün ölkəmizdə qüdrətli iqtisadi potensial yaradacağına, xalqımızın xoşbəxt həyatını təmin edəcəyinə olan sarsılmaz inamın nəticəsidir ki, oktyabrın 15-də beynəlxalq standartlara uyğun olaraq tam demokratik şəraitdə və şəffaf prosedurlar əsasında, çoxsaylı beynəlxalq təşkilatlar və xarici ölkələrin müşahidəçilərinin ciddi nəzarəti altında keçirilən prezident seçkilərində İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ikinci dəfə Azərbaycan Prezidenti seçilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında” qərar qəbul edilməsi hesabat ilinin mühüm siyasi hadisələrindən biri kimi dəyərləndirilməklə, müstəqil Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi və yeni məzmunda inkişafı yolunda mühüm bir mərhələ olan Referendum Aktı layihəsinin öyrənilməsi və izahı sahəsində prokurorluq orqanlarının qarşısında duran vəzifələrin icrası ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir.

Kollegiya iclasında qeyd edilmişdir ki, hesabat ilində respublikanın digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən Azərbaycan Prokurorluğu tərəfindən müstəqil dövlətçiliyimizin maraqlarının və ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülmüş, əsası 2000-ci il 26 aprel tarixli müşavirə ilə qoyulan islahatlar prosesi yeni məzmunda davam etdirilmişdir.

Xüsusi vurğulanmışdır ki, 2008-ci il oktyabrın 1-də öz peşə bayramı gününü və 90 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivinə göstərilən hərtərəfli etimad və yüksək inamın təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin prokurorluq əməkdaşlarına və veteranlarına ünvanlanmış proqram xarakterli təbriki müstəsna əhəmiyyət kəsb etmiş, dövlətimizin başçısının sərəncamları ilə böyük bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülmüş, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı təsdiq olunmuşdur.

Kollegiya iclasında prokurorluğa göstərilən böyük etimada, verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə kollektivin dərin minnətdarlığı çatdırılmaqla, əminlik ifadə olunmuşdur ki, Azərbaycan Prokurorluğu orqanları həmişə olduğu kimi bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə möhtəşəm quruculuq işlərinin əsas təminatı olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Kollegiya iclasında qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin prokurorluğun rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi müşavirə ilə başlanmaqla prokurorluqda hazırda davam edən islahatlar prosesinin birinci əsas mərhələsinə artıq yekun vurulmuş, ölkəmizin Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” ilə prokurorluğun fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədlərinə xidmət edən yeni dövrün əsası qoyulmuşdur.

Diqqətə çatdırılmışdır ki, ötən müddətdə prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi baza yaradılmış, prokurorluq işçilərinin maddi və sosial təminatı dünya standartları səviyyəsinə qaldırılmış, prokurorluq orqanlarının yeni strukturu və ştat vahidləri təsdiq edilmiş, prokurorluq orqanlarında mövcud reallığa və iş həcminə uyğun ixtisarlar aparılmaqla ştat vahidlərinin sayının 20 faizdən çoxu ixtisar olunmuş, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələbləri çərçivəsində 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində hazırda prokurorluq işçilərinin ümumi sayının 30 faizdən çoxunu təşkil edən 293 gənc mütəxəssis işə qəbul edilmiş, “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi” təsdiq edilməklə icraya yönəldilmiş, prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində ən qəti tədbirlər görülmüş, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin yeni prosedur qaydaları müəyyənləşdirilmiş, prioritet istiqamətlər üzrə istintaqın keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması təmin edilmiş, dövlətimizin başçısının siyasi iradəsinə müvafiq olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmış, dövlət ittihamının müdafiəsi işi tamamilə yeni məzmunda formalaşdırılmış, prokurorluq orqanlarının fəaliyyətində aşkarlıq daha da artırılmış, ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiyasının genişləndiyi bir şəraitdə Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələri daha da genişləndirilmiş, prokurorluğun maddi-texniki bazası möhkəmləndirilmiş, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması təmin edilmişdir. Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə daha da gücləndirilmiş, digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları ilə, ilk növbədə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsi nəticəsində krimonogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuş, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılmaqla, qatı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması təmin edilmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətinin ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi və mövcud kriminogen durumun sabitləşdirilməsi işində oynadığı böyük rolu diqqətə çatdıran baş prokurorun məruzəsində qabaqlayıcı-profilaktiki tədbirlərin səmərəliliyinin artırılmasının nəticəsi olaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə 2008-ci ildə qeydə alınmış qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, avtonəqliyyatın oğurluğu, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, xarici vətəndaşlara qarşı törədilən cinayətlərin, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının əhəmiyyətli dərəcədə azaldığı, adamların girov götürülməsi kimi cinayətlərin ümumiyyətlə qeydə alınmadığı, törədilmiş 21.692 cinayətin təxminən 88,2 faizinin açıldığı, əvvəlki illərdə törədilməklə bağlı qalan 301, o cümlədən, 56 ağır və xüsusilə ağır cinayətin açılmasının təmin olunduğu, 2007-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin sayının azaldığı, daxili işlər orqanları ilə birlikdə həyata keçirilmiş məqsədyönlü istintaq-əməliyyat tədbirləri sayəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan 5 qəsdən adam öldürmə - 1994-cü ildə Gəncə şəhərində Elxan Əliyevin, 2004-cü ildə Qusarçay stansiyası ərazisində Zaur Veysovun, 2005-ci ildə Sumqayıt şəhəri ərazisində Arzu Səlimovanın, 2007-ci ildə Tovuz rayonunda Familə Qasımovanın və Bakı şəhərinin Nərimanov rayonunda Raquf Rüstəmovun qətlə yetirilmələri kimi ağır cinayətlərin açıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluğu orqanları tərəfindən digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.

Baş prokurorun hesabat məruzəsində qeyd edilmişdir ki, 2008-ci ildə prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri olan istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin düzgün təşkili, bu sahədə işin səmərəliliyini azaldan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər müəyyən müsbət iş göstəricilərinin əldə olunması ilə nəticələnmişdir. Həm prokurorluq, həm də istintaq fəaliyyəti ilə məşğul olan Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən ibtidai araşdırması yekunlaşdırılmış cinayət işlərinin sayı artaraq 14.377-yə, ittiham aktları təsdiq olunmaqla məhkəmələrə göndərilən işlərin sayı isə 11.590-a bərabər olmuş, müddət pozuntusu ilə istintaqı yekunlaşdırılmış işlərin sayı azalmaqla bütün istintaq orqanları üzrə bu göstərici 4 faizə bərabər olmuşdur.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir sıra cinayət işlərinin istintaqı yüksək peşəkarlıq səviyyəsində həyata keçirilmişdir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı qrup formasında mütəşəkkil dəstə yaradılmaqla, konkret hərbi hissədən talanmış odlu silah və döyüş sursatları vasitəsilə xarici dövlətlərin Bakı şəhərində yerləşən səfirliklərinə hücum etmək yolu ilə terrorçuluq cinayətlərinin törədilməsini planlaşdıran qrupun 20 üzvü idarənin mühüm işlər üzrə müstəntiqi Elxan Əbdürrəhmanovun rəhbərlik etdiyi istintaq qrupu tərəfindən müəyyənləşdirilərək onların barəsində həbs qətiimkan tədbiri seçilmiş, istintaq 2008-ci il noyabrın 23-də yekunlaşdırılmaqla cinayət işi aidiyyəti üzrə baxılması üçün ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinə göndərilmişdir. İdarə tərəfindən, həmçinin daxili işlər orqanları ilə əlaqəli şəkildə 2007-ci il noyabrın 10-da Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi, 50 B ünvanda yerləşən həyət evinə bir qrup maskalı şəxs tərəfindən quldurluq məqsədi ilə silahlı basqın edilərək Alı Abaz oğlunun qəsdən öldürülməsi və iki nəfəri öldürməyə cəhd edilməsi faktına görə başlanmış cinayət işi üzrə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Rəcəb Vəliyevin rəhbərlik etdiyi banda tərəfindən törədildiyi təkzibedilməz dəlillərlə, çoxsaylı ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir.

2008-ci ildə Bakı Şəhər Prokurorluğu tərəfindən də cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilmiş, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və nöqsanlara münasibətdə prinsipiallığın artırılması məqsədi ilə zəruri addımlar atılmışdır. Şəhər prokurorluğunun istintaq idarəsi və ayrı-ayrı tabe rayon prokurorlaqları tərəfindən bir sıra cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması təmin edilmişdir. Belə ki, İstintaq idarəsi tərəfindən 2008-ci il aprelin 15-də Bakı şəhərinin Y.Çəmənzəminli küçəsindəki 9 nömrəli evin 26-cı mənzilində yaşayan Ofeliya Abbasovanın, onun qızları Sevinc və Xanımın, habelə sonuncunun 8 yaşlı oğlu Fərid Mehdizadənin qəsdən öldürülməsi kimi cinayətin qısa müddət ərzində açılması, tamah məqsədi ilə belə bir xüsusilə ağır cinayətin törədilməsində təqsirkar olan Yardımlı rayon sakini Niyaməddin Nuriyevin ifşa edilməsi təmin olunmuşdur.

Hesabat ilində mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli mübarizənin təmin olunması istiqamətində müəyyən işlər görülmüş, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu istiqamətdə müəyyən müsbət işlər görülmüş, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını talama və digər faktlar üzrə 121 nəfər barəsində 70 cinayət işi üzrə ibtidai araşdırmalar yekunlaşdırılmaqla, aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyevin yekun nitqində qaldırılan məsələlərin həlli, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsi, bu sahədə maksimum şəffaflıq yaradılmaqla əsassız inhisarçılığın, qeyri-sağlam rəqabətin, dövlət qurumları tərəfindən qanunsuz tələblərin və qanunsuz müdaxilələrin qarşısının alınması, belə işlərlə məşğul olanların məsuliyyətə cəlb edilmələri barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Baş Prokurorluğun digər sahə struktur qurumları və tabe prokurorluqlarla əlaqəli şəkildə zəruri tədbirlərin görülməsi barədə tapşırıq verilmişdir.

Kollegiya iclasında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” dövlətimizin başçısının 2006-cı il 19 yanvar tarixli Fərmanının icrası istiqamətində həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yenidən formalaşdırılan və kadr tərkibi təcrübəli əməkdaşlar hesabına daha da möhkəmləndirilən dövlət ittihamının müdafiəsi üzrə qurumların fəaliyyəti hesabat ilində səmərəli olmuş, idarə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 281 apelyasiya protestinin 199-u və ya 70,8 faizi təmin olunmuşdur. Ümumilikdə isə, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş apelyasiya və kassasiya protestlərinin sayı yüksək olmaqla, məhkəmə baxışı zamanı yol verilmiş çoxsaylı qanun pozuntularının dövlət ittihamçılarının təşəbbüsü ilə aradan qaldırılması təmin edilmişdir.

Dövlətimizin başçısının 2006-cı il 19 yanvar tarixli Fərmanının icrası ilə əlaqədar verilmiş Baş Prokurorluq üzrə “Cinayət təqibi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında” 2006-cı il 1 dekabr tarixli əmrin qeyd-şərtsiz icrasının təmin olunması, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər görülməsi, prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıq verilmişdir.

Diqqətə çatdırılmışdır ki, 2008-ci ildə kadr işinin daha təkmilləşdirilməsi, obyektiv və şəffaf prinsiplər əsasında kadrların seçilib yerləşdirilməsi, prokurorluqda qulluğa yeni qəbulun həyata keçirilməsi, gənc mütəxəssislərin müstəqil işə hazırlığı prosesinin müasirləşdirilməsi, attestasiya komissiyalarının işində prinsipiallığın artırılması, vəzifədə irəli çəkilmək üçün layiqli kadr ehtiyatının formalaşdırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlərin görülməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 150 ştat vahidi üzrə test imtahanı və söhbətdən ibarət müsabiqə yolu ilə 6-ci dəfə prokurorluğa işə qəbul keçirilmiş, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə əlaqədar dövlət təsisatlarını, çoxsaylı beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatlarını təmsil edən müşahidəçilərin iştirakı ilə tam şəffaf prosedurlar əsasında keçirilən müsabiqə nəticəsində 79 nəfər gənc mütəxəssis prokurorluq işçisi adına layiq bilinməklə müxtəlif struktur qurumlarda müvafiq vəzifələrə təyin edilmişlər.

Baş prokurorun hesabat məruzəsində, görülmüş müsbət işlərlə yanaşı, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Kollegiya iclasında cinayətkarlığa və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin səmərəliliyinə mənfi təsir göstərən amillər ətraflı təhlil olunmaqla, əvvəlki hesabat dövrü ilə müqayisədə 2008-ci ildə ölkə üzrə qeydə alınmış ağır və xüsusilə ağır, habelə az ağır cinayətlərin, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, avtonəqliyyatın qaçırılması, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərin artması diqqətə çatdırılmaqla, bu məsələlərin ciddi müzakirə edilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə bu qəbildən olan cinayətlərin profilaktikası istiqamətində zəruri qabaqlayıcı tədbirlər görülməsi barədə tapşırıq verilmişdir.

Hesabat ilində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayının artması narahatlıq üçün ciddi əsas kimi qəbul edilməklə, ilk növbədə, “Yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması üzrə profilaktiki tədbirlərin gücləndirilməsinə dair” Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun 2008-ci il 5 noyabr tarixli birgə göstərişinin bütün tabe prokurorlar tərəfindən qeyd-şərtsiz icrası məqsədi ilə zəruri tədbirlərin görülməsi, baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən icra prosesinin gündəlik nəzarətdə saxlanılması barədə tapşırıq verilmişdir.

Eyni zamanda, Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr və hüquqi təminat şöbələri tərəfindən digər əlaqədar struktur qurumlarla birlikdə yeniyetmələr və məktəblilər arasında cinayətkarlığın profilaktikası istiqamətində qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə birgə layihələrin işlənilib hazırlanması və həyata keçirilməsi məqsədəmüvafiq hesab olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinin görülməsinə baxmayaraq, 14 qəsdən adam öldürmə cinayətinin, o cümlədən, Bakı şəhərinin Binəqədi və Xətai rayonunlarının hər birində 2, Gəncə və Sumqayıt şəhərləri, Nərimanov, Nəsimi, Qaradağ, Abşeron, Goranboy, Qəbələ, Lənkəran və İmişli rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması ciddi müzakirə mövzusu olmalı, həmin cinayətlərin açılması istiqamətində daxili işlər orqanları ilə əlaqəli şəkildə Baş Prokurorluğun müvafiq struktur qurumları və adları sadalanan rayonların prokurorları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməlidir.

Tələbkarlıq və prinsipiallıq şəraitinin formalaşdırılmasının, gündəlik nəzarət mexanizmi yaradılmasının nəticəsi olaraq, 2008-ci ildə xidməti, icra və əmək intizamının pozulması və qanunsuzluq hallarına yol verdiklərinə görə 30 prokurorluq əməkdaşının cəzalandırıldığı, o cümlədən 3 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluq orqanlarında xidmətlə bir araya sığmayan kobud pozuntu və qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric olunduğu diqqətə çatırılmaqla, intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilmişdir.

Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi işində mühüm əhəmiyyət kəsb edən amil kimi enerji daşıyıcıları sahəsində cinayətlərə və qanunazidd əməllərə qarşı mübarizənin gücləndirilməsi, bu sahədə yol verilən sui-istifadə, oğurluq və mənimsəmə hallarının qarşısının alınması məqsədi ilə bütün tabe prokurorlardan tələb edilmişdir ki, daxili işlər orqanları ilə əlaqəli şəkildə bu məsələ ilə əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin 2008-ci il 10 oktyabr tarixli birgə göstərişinin icrası məqsədi ilə zəruri tədbirlərin görülməsini təmin etsinlər, Baş Prokurorluğun əlaqədar qurumları tərəfindən bu işlər məqsədyönlü şəkildə əlaqələndirilsin və gündəlik nəzarət həyata keçirilsin.

Baş prokurorun birinci müavini Rüstəm Usubova və Bakı şəhər prokuroru Əziz Seyidova, Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və müvafiq tabe prokurorlara tapşırılmışdır ki, çoxsaylı insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatı və vətəndaşlara xeyli ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə başlanmış bütün cinayət işləri ilə əlaqədar yüksək səviyyəli və prinsipial istintaq aparılması, kimliyindən asılı olmayaraq bu hadisələrdə təqsiri olanların hər birinin cinayət məsuliyyətinə cəlb olunmaları təmin edilsin.

Cinayətkarlığa qarşı mübarizənin düzgün təşkili sahəsində hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluğun qarşısında duran mühüm vəzifələrdən biri kimi, dini fanatizm və separatçılıq ideyaları təbliğ edən, xeyriyyəçilik adı altında aztəminatlı ailələri öz sıralarına cəlb etməklə onlardan cinayətkar niyyətləri üçün istifadə edən, Azərbaycan vətəndaşlarının muzdla başqa dövlətlərin ərazilərində yaradılmış qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştiraka sövq edən, beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələrinin olması sübuta yetirilən müxtəlif yönümlü totalitar təriqətlərin, o cümlədən, radikal vəhabilik təriqətinin qanunsuz fəaliyyətinin qarşısının alınması üçün bütün tabe prokurorlar tərəfindən digər hüquq mühafizə, xüsusi xidmət orqanları ilə birlikdə zəruri tədbirlərin görülməsi tələb edilmişdir.

Kollegiya iclasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və Silahlı Qüvvələrin müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi istiqamətində dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılmaqla, qeyd edilmişdir ki, hesabat ilində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əlaqədə Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, profilaktiki tədbirlərin səmərəliliyinin və hüquq pozuntularına münasibətdə prinsipiallığın artırılması istiqamətində görülən tədbirlər öz nəticəsini vermiş, qeydə alınan ümumi cinayətlər, hərbi xidmət əleyhinə olan, o cümlədən hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə və qeyri-hərbi cinayətlərin sayı azalmış, qeydə alınmış cinayətlərin 99,4 faizi açılmışdır. Eyni zamanda istintaq fəaliyyətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin daha təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilmiş, cinayət işləri üzrə dəyən zərərin ödənilməsi göstəricisi 60 faizə qədər yüksəlmişdir.

Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən Müdafiə Nazirliyinin 2 hərbi hissəsinin maliyyə xidmətlərinin rəhbərlərinin ümumilikdə 600 min manatdan çox məbləğdə külli miqdarda dövlət əmlakını mənimsəmələri faktları üzrə Azərbaycan Respublikası CM-in 179.3.2-ci və 313-cü maddələri ilə başlanmış cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması və həmin cinayətlərin törədilməsində təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmaları, istintaq gedişində 324 min manat məbləğində ziyanın ödətdirilməsi, məhkəmə məsuliyyətinə verilən təqsirləndirilən şəxslərin məhkum olunmaları təmin edilmişdir.

Erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və ona bitişik ərazilərdə azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, yaralanması, girov götürülməsi, külli miqdarda maddi zərər vurulması ilə müşayiət olunan soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən də məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə, ümumilikdə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 279 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onların barəsində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə İnterpol xəttilə axtarışlarının həyata keçirilməsi təmin olunmuşdur.

Respublika Hərbi Prokurorluğunun rəhbərliyi ilə əlaqəli şəkildə Baş Prokurorluğun əlaqədar qurumları tərəfindən, ilk növbədə, “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq, Hərbi Prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi və hərbi prokurorluq orqanlarının ixtisaslaşdırılmış kadrlarla komplektləşdirilməsi, yeni struktur qurum kimi Zaqatala Hərbi Prokurorluğunun yaradılması ilə bağlı zəruri təşkilati və digər tədbirlərin həyata keçirilməsi barədə tapşırıq verilmişdir.

2008-ci ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə, cinayətkarlığa qarşı mübarizə və cinayət təqibi ilə əlaqədar vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə kompleks tədbirlərin həyata keçirilməsi təmin olunmuş, qeydə alınmış ümumi cinayətlərin, xüsusilə ağır, ağır və az ağır, qəsdən adam öldürmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, yetkinlik yaşına çatmayanlar tərəfindən ümumiyyətlə heç bir cinayət törədilməmişdir. İstintaq fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müsbət nəticələr vermiş, hesabat dövründə əsassız cinayət işləri başlama hallarına yol verilməmiş, məhkəmələr tərəfindən ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan və bəraət hökmü çıxarılan işlər olmamışdır.

Baş Prokurorluq və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə şəffaf prosedurlar əsasında prokurorluğa işə növbəti qəbulun həyata keçirilməsi və yaşayış yeri üzrə qeydiyyatda olan 27 gənc hüquqşünasın prokurorluqda qulluğa qəbul olunması Naxçıvan MR Prokurorluğu tərəfindən məqsədyönlü kadr siyasətinin həyata keçirilməsi kimi dəyərləndirilmişdir.

Kollegiya iclasında qeyd edilmişdir ki, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiya edən Azərbaycanın 2008-ci ildə beynəlxalq aləmdə siyasi çəkisinin əhəmiyyətli dərəcədə artması öz növbəsində bütün dövlət təsisatları kimi Respublika Prokurorluğu orqanlarının beynəlxalq əlaqələrinin əhatə dairəsinin daha da genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və xarici dövlətlərin prokurorluqları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün möhkəm zəmin yaratmış, bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Kollegiya iclasında çıxış edən baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlər 2008-ci ildə cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat vermiş, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması, işin keyfiyyətinə mənfi təsir göstərən mövcud nöqsanların aradan qaldırılması yolları barədə konkret təkliflər irəli sürmüşlər.

Baş prokuror Z.Qaralov kollegiya iclasına yekun vuraraq əmin olduğunu bildirmişdir ki, müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan müasir məzmunlu dövlətçilik siyasəti ulu öndər Heydər Əliyev ideyalarının hərtərəfli həyata keçirilməsi, ölkəmizin iqtisadi inkişaf göstəricilərinə və islahatların tempinə görə dünyanın aparıcı dövlətləri sırasında qərarlaşması, ölkə həyatının bütün sahələrini və hər bir regionu əhatə edən quruculuq işlərinin dönməz xarakter alması ilə nəticələnmişdir. Belə bir taleyüklü dövrdə Azərbaycan Prokurorluğunun kollektivi bu siyasəti dəstəkləməklə və öz fəaliyyətini dövlət səviyyəsində göstərilən etimada layiq surətdə qurmaqla, bütün səylərini dövlətçiliyimizin maraqlarının qorunması, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı kəsərli mübarizənin təmini üçün zəruri tədbirlərin görülməsinə istiqamətləndirəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük