DÜNYA
Başı qopmuş amerikalı qız yenidən həyata qaytarılmışdır
Bakı, 13 mart (AZƏRTAC). Amerikalı Reyçel Beylinin avtomobildə gəzintilərindən biri onun üçün faciə ilə nəticələnmişdir - qız dəhşətli qəzaya düşmüş, nəticədə həyatla bir araya sığmayan güclü zədələr almışdır.
Qəza nəticəsində amerikalı qızın kəlləsi onurğa sütunundan ayrılmışdır. Bu cür zədələnmə adətən ölümlə nəticələnir, lakin nadir hadisələr də baş verir.
Kəllənin onurğa sütunundan ayrılması başın bədəndən daxili qopması adlanır. Belə zədə zamanı daxili damarlar və toxumalar adətən saxlanır, lakin bunsuz da zədə o qədər güclüdür ki, praktiki olaraq sağalmaq şansı yoxdur. Zədə alan zaman onurğa beyni və damarlar təsir nəticəsində yerini dəyişmiş sümüklər tərəfindən sıxılır. Buna baxmayaraq, həkimlər möcüzə yaratmağa və qızı həyata qaytarmağa nail olmuşlar.
Bütün xüsusi xidmət qurumlarının rolu böyükdür - qəza yerinə birinci çatmış yanğınsöndürənlər qızın başının qopması faktını qeydə almış və onu vaxtında xəstəxanaya çatdırmışlar. Bu cür dəqiqlik həkimlərə qızı yenidən həyata qaytarmağa imkan yaratmışdır.
Hazırda amerikalı qız xəstəxanadan çıxmışdır: bütün orqanları işləyir, sağlamlığından heç bir şikayəti yoxdur. Reyçel onun möcüzəli xilasında iştirak edənlərin hamısına minnətdardır.