Bayraq mənliyimdir, bayraq kimliyim... VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Dövlət Bayrağı Meydanı.
Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən Dövlət Bayrağı Meydanı həm memorial abidə-istirahət parkı, həm də Azərbaycan dövlətçiliyinin rəmzlərini özündə birləşdirən möhtəşəm kompleksdir. Meydanın ilk açılışı 2010-cu il sentyabrın 1-də keçirilib.
2024-cü ildə meydanda böyük yenidənqurma işləri aparılıb. Bu çərçivədə yeni bayraq dirəyinin quraşdırılması prosesi həyata keçirilib. Dövlət Bayrağı Meydanında ucaldılan Bayrağın eni 40 metr, uzunluğu isə 80 metrdir. Bayraq dirəyinin hündürlüyü 201 metr, dirəyin pyedestal üzərindəki diametri 5,7 metrdir. Bayraq ölçüsünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Yenilənmiş Dövlət Bayrağı Meydanı 2024-cü il noyabrın 8-də – Zəfər Günündə – təntənəli şəkildə yenidən istifadəyə verilib. Meydanın panoramik görüntüsü gecə işıqları ilə birlikdə xüsusilə möhtəşəm görünür.
Kompleksin ən maraqlı hissələrindən biri də Dövlət Bayrağı Muzeyidir. Muzeydə Azərbaycan Bayrağının tarixi, dövlətçilik ənənələri, həmçinin müxtəlif dövrlərə aid bayraqlar, gerblər və digər nadir eksponatlar sərgilənir. Buraya gələn turistlər ölkənin milli rəmzlərinin inkişaf yolunu öyrənə, həmçinin interaktiv məlumatlarla tanış ola bilərlər.