Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bayraq sevdalı igid

Bakı, 5 noyabr, AZƏRTAC

...2020-ci il noyabrın 9-u idi. Xocavənd rayonu ərazisindəki 601 və 436 metr hündürlükdə yerləşən yüksəkliklərin cənubundakı “Qızılqaya” adlı yerdə şiddətli döyüş gedirdi. Həmin döyüş zamanı yarımqrupun tərkibində hücum əməliyyatını yerinə yetirərkən düşmən hərbçilərinin atdığı mərmilərin partlaması nəticəsində Fəqan ağır yaralandı. Cəsur döyüşçünü aldığı ölümcül yaradan xilas etmək mümkün olmadı.

Vətən müharibəsinin möhtəşəm Zəfərlə bitməsinə 6 saat qalırdı...

Fəqan uğrunda şəhid olduğu Qarabağ torpağının erməni işğalçılarından tam azad edildiyini görə bilmədi, o, doğulduğu rayonun Babı kəndindəki qəbiristanlıqda torpağa tapşırıldı.

AZƏRTAC xəbər verir ki, Fəqan Amil oğlu Zalov 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olsa da, əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. İbtidai təhsilini doğma rayonunun Babı kənd tam orta məktəbində alsa da, Sumqayıtda yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbinin məzunu olub. O, Hərbi Dəniz Qüvvələrində hərbi xidmət keçib. 2018-ci ilin martından dekabrınadək “N” saylı hərbi hissənin nəzdindəki Xüsusi Təyinatlı Kəşfiyyat kursuna daxil olub. Kursu birincilik dərəcəsi ilə bitirərək kiçik miçman rütbəsi alıb. 2019-cu ilin martından Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Həmin xidmət dövründə kəşfiyyatçı kimi “Dağçılıq”, “Paraşüt”, “Antiterror”, “Amfibiya” adlanan təlim kurslarını da bitirib.

Hərbi xidmətdə olarkən Aprel döyüşlərinin iştirakçısı olub. 2016-cı il aprelin ilk günlərində baş verən həmin döyüş zamanı Ermənistan ordusunun yenilməz hesab etdiyi “Ohanyan xətti” 40 dəqiqə ərzində darmadağın edilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları döyüşə cəbhənin Goranboy istiqamətindən başlayıblar. İki gün sonra onlar hərbi tapşırığa uyğun olaraq Füzuli - Cəbrayıl istiqamətində döyüşü davam etdiriblər. Həmin günlərdə yaralandığı üçün hospitala göndərilən Fəqanın müalicəsi başa çatmamış müharibə bitib. 2017-ci ilin yanvarında müddətli həqiqi hərbi xidmətini başa vurandan doqquz ay sonra Hərbi Dəniz Qüvvələrinin müddətli hərbi qulluqçusu olub.

2020-ci il sentyabrın 27-də Fəqan ikinci dəfə qanlı döyüşlərə girib. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına qoşulub. Onun döyüşçüsü olduğu Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi işğaldan azad edilib. Fəqan oktyabrın 11-də Cəbrayıl rayonunun Soltanlı kəndi ətrafında gedən döyüşlərdə ayağından ağır yaralanıb. Əvvəlcə Füzuli və Beyləqanda, sonra isə Hacıqabulda xəstəxanaya yerləşdirilib. Müalicə ilə bağlı ona məzuniyyət verilib. Lakin o, məzuniyyətdən imtina edərək, döyüş meydanına qayıdıb. Fəqan Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin alınmasında şücaəti ilə fərqlənib. Xüsusi Təyinatlı Qüvvələrin iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad olunub. Onun sonrakı cəbhə yolu Qubadlının və ətraf kəndlərin azad edilməsi uğrundakı döyüşlərdən keçib.

Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşən Amil kişinin ailəsində böyüyən Fəqanın böyük qardaşı Nicat da hərbçidir. O, uzun müddət Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edib, Aprel döyüşlərində yaralanıb. Vətən müharibəsində isə Füzuli rayonunun Merdinli kəndində ermənilərin snayper atəşindən yaralanıb. Qardaşının ardınca gedən Fəqan subay idi. Onun ən böyük arzularından biri torpaqlarımızı azad, Vətənimizi bütöv görmək idi. Həmin arzuya doğru da çox böyük ürək və cəsarətlə gedirdi. Heyf ki, namərd düşmən gülləsi arzusuna çatmağa bir neçə saat qalmış onun Vətən üçün döyünən ürəyini dayandırdı...

Qəhrəmanın atası Amil Zalov deyir: “Tale elə gətirmişdi ki, o, öz kəndimizdə deyil, məcburi köçkünlük illərində, Sabirabadda doğulmuşdu. Lakin onda ata yurdunu görməyə böyük həvəs var idi. Cəbrayılın Əmirvarlı kəndinin yaxınlığında gedən döyüşlərdə dizindən qəlpə yarası almışdı. Lakin yarasını müalicə etdirmək, sağalmaq əvəzinə döyüşə qayıtmağa can atırdı. Hərbi hospitalda həkimlər onun geri qayıtmasına icazə vermirdilər. Amma onun ürəyi ön xətdə, döyüş yoldaşlarının yanında idi. Məzuniyyət verilsə də, cəmi iki gün evdə qala bildi, vaxtından qabaq döyüş zonasına qayıtdı. Fəqan Vətəni, torpağı, bayrağı çox sevirdi. Yaxasına bayraq nişanı taxmışdı, qoluna içində Azərbaycan Bayrağının şəkli olan saat taxmışdı. Bayrağımızın ən uca nöqtələrdə dalğalanmasını arzulayırdı. Yoldaşları deyirlər ki, son döyüşdə ən yüksək zirvəyə qalxmaq istəyəndə gülləyə tuş gəlib”.

Fəqanın bacısı Gültəkin Mehrəliyeva onun mübariz keyfiyyətlərə malik olduğunu deyir: “Yoldaşları şiddətli döyüşlərin birində onların sursatlarının qurtardığını bildirirlər. Həmin vaxt vəziyyətin çıxılmaz olduğunu görən Fəqan azad etdikləri erməni postuna qədər sürünüb, onların mövqeyindən xeyli silah-sursat götürərək, sürünə-sürünə də geri qayıdıb. Onunla bir mövqedə olanlar Fəqanın belə qəhrəmanlıqları haqqında çox danışırlar. Onlar qardaşımın göz qırpmadan, həyəcan keçirmədən güllə qabağına getdiyini deyirlər. O, həm də yoldaşlarına ürək-dirək verir, onları ruhlandırırmış. Belə cəsur qardaşımın olduğuna görə qürur duyuram”.

Fəqan Zalov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Horadiz şəhərindəki 3 nömrəli tam orta məktəbə Fəqan Zalovun adı verilib. Füzuli rayonunda 7 nömrəli tam orta məktəbin 1 sinfi onun adını daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib