BAZAR GÜNÜ YAĞIŞ YAĞMAYACAQDIR
Bakı, 17 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 18-də, bazar günü ölkə ərazisinə yağış yağmayacaqdır. Respublikanın bəzi yerlərində hava dəyişkən buludlu olacaq, zəif cənub küləyi əsəcəkdir. Paytaxtda havanın temperaturu əvvəlki günlə müqayisədə iki dərəcə aşağı düşəcək, dağlıq bölgələrdə isə üç dərəcə yüksələcəkdir. Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişkənliyi ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişli sayılacaqdır.
Bakıda temperatur gecə müsbət 15-17, gündüz 23-25, Naxçıvanda gündüz 22-24, gecə 15-17, aran bölgəsində gündüz 25-27, gecə 17-19, dağlıq zonada gündüz 21-23, gecə 11-13 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]