ELM VƏ TƏHSİL
BDU aliminin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib
Bakı, 19 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun həmin kafedranın doktorantı Fidan Cəbrailzadə və Alaniya Universitetinin dosenti Seher Aslançı ilə həmmüəllif olduqları “Dual-holomorf funksiyalar və lift problemləri” adlı məqalə “Chinese Annals of Mathematics, Series B (English version)” jurnalında dərc edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bu jurnal 1981-ci ildən başlayaraq “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının nüfuzlu SCI-Expanded indeksinə daxildir (impakt faktoru: 0.756). Müxtəlif illərdə jurnalın redaksiya heyətində riyaziyyat üzrə Abel və Filds mükafatı laueratları çalışıblar.