BDU-da “Gənclik həftəsi” keçiriləcək
Bakı, 10 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı tərəfindən 12 Avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar avqustun 14-dən 18-dək “Gənclik həftəsi” layihəsi həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili və universitet gəncləri arasında şəbəkələşmə yaratmaqdır. Layihə çərçivəsində müxtəlif maraqlı oyunlar, film günləri keçiriləcək.
Sonda “Gənclik həftəsi” layihəsində fəal iştirak edən gənclərə hədiyyələr və sertifikatlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]