BDU-da onlayn imtahanlar davam edir
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası onlayn formada işini uğurla davam etdirir.
BDU-dan AZƏRTAC-a bildirilib ki fevralın 1-də keçirilən imtahanlarda bakalavr pilləsində 184 qrup üzrə 3860 nəfər iştirak edib. Magistratura pilləsində isə 105 ixtisaslaşmada 59 fənn üzrə 309 magistrant imtahan verib. Universitetin Qazax filialında isə 7 qrup üzrə 100 (yüz) nəfər imtahanlarda iştirak edib. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün tədbirlər görülüb. Sessiya müddətində universitet rektorluğu, dekanlar, dekan müavinləri, nəzarətçi müəllimlər və Tələbə Nəzarət Qrupu imtahanlara mütəmadi onlayn nəzarət edir. Həmçinin tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apelyasiya Komissiyası da onlayn fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:30]
Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk
- 05.10.2026 [11:14]
Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm
- 05.10.2026 [11:04]
Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]