Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-da tədbir: “Gələcəyin gənclər dialoqu”

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin gənclər dialoqu” adlı tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində rektor Elçin Babayev BMT-nin qlobal sülhün, təhlükəsizliyin, insan hüquqlarının və davamlı inkişafın simvolu olaraq dünya birliyinə xidmət etdiyini söyləyib. “Müstəqilliyimizin ilk illərindən etibarən Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən biri ədalət prinsipləri əsasında BMT ilə çoxşaxəli əməkdaşlığın inkişafı olub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin humanitar, elmi, iqlim və dayanıqlı inkişaf sahələrində beynəlxalq nüfuzunu artırır. Azərbaycan-BMT əməkdaşlığı sülh və təhlükəsizlik, dayanıqlı inkişaf və insan hüquqları istiqamətlərində inkişaf etdirilir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müxtəlif layihələr həyata keçirir, sosial-iqtisadi inkişaf, humanitar yardım və elmi təşəbbüslərdə fəal iştirak edir. Bakı Dövlət Universiteti Azərbaycanın bu strateji siyasətini tədris, tədqiqat və ictimai fəaliyyətlərdə dəstəkləyir.

Universitetin təşkil etdiyi tədbirlər tələbələri və gənc alimləri beynəlxalq müzakirələrə cəlb edir və onları qlobal problemlərin həllinə hazırlaşdırır. “Model BMT” və “Gənclərin dayanıqlı inkişaf forumları” çərçivəsində tələbələr BMT strukturlarının işini öyrənir, humanitar və ekoloji məsələlər üzrə simulyasiya müzakirələrində iştirak edir və qərar qəbulu proseslərini təcrübədən keçirirlər. Universitetin təşkil etdiyi “Baku Climate Science Conference” tədbiri COP29 çərçivəsində keçirilib, BDU alimləri və tələbələri iqlim dəyişikliyi, ekoloji dayanıqlıq və davamlı inkişaf sahəsində BMT-nin məqsədlərinə uyğun layihələr təqdim ediblər. Bu tədbir həm ölkəmizin BMT ilə əməkdaşlığını gücləndirib, həm də gənc alimlər üçün beynəlxalq müzakirələrdə təcrübə qazandırıb”.

Rektor vurğulayıb ki, son illərdə BDU BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətini sistemli şəkildə gücləndirib. Bunun bariz göstəricisi kimi, universitet 2025-ci ildə “Times Higher Education” (THE) reytinqində 401-600 aralığına yüksələrək, əvvəlki 1001-1500 mövqeyindən əhəmiyyətli irəliləyiş əldə edib. Bu nailiyyət BDU-nun davamlı inkişaf, sosial məsuliyyət və qlobal tərəfdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BDU artıq Dayanıqlı İnkişaf Məqsədlərinin 15-ni əhatə edən layihələrlə qlobal miqyasda tanınıb. Universitet dörd istiqamət üzrə (“Yoxsulluğa son”, “Keyfiyyətli təhsil”, “Gender bərabərliyi” və “Bərabərsizliyin azaldılması”) dünyanın ən yaxşı 100 universiteti sırasına daxil olub. Eyni zamanda, “QS World University Rankings: Sustainability 2025” nəticələrinə əsasən, 2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Bakıda rəsmi şəkildə təqdim olunan hesabatda BDU Azərbaycan üzrə lider mövqe qazanıb. Universitet əvvəlki illə müqayisədə 345-dən çox pillə irəliləyərək, 941-950 qlobal intervalında qərarlaşıb və TOP-1000-ə daxil olan yeganə Azərbaycan ali təhsil müəssisəsi olub. Bu göstəricilər BDU-nun iqlim fəaliyyəti, innovasiya, elmi tədqiqat və sosial əməkdaşlıq sahələrində beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Bu irəliləyişlər təsadüfi deyil, son illərdə universitetdə yaşıl kampus təşəbbüsləri – “Ekoməkan”, “Tələbə məkanı”, “Ekoenerji” məntəqəsi qurulub, hazırda iqlim diplomatiyası üzrə tədqiqatlar, sosial inklüzivlik proqramları həyata keçirilir. BDU bu sahədə BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq edir”.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın milli, elmi tərəqqisinə böyük töhfələr verən BDU-da BMT-nin 80 illik yubiley tədbirinin keçirilməsinə görə təşəkkür edib. O bildirib ki, fəaliyyət göstərdiyi dövr ərzində BMT dünyada sülhün qorunması, millətlər arasında əməkdaşlığı təşviq, qlobal problemləri həll etmək üçün fəaliyyət göstərib: “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi dünya ölkələrinin gələcəyi üçün hazırlanan ortaq gündəliyimizdir. Bunlar yaşıl enerji, yoxsulluğa son qoyulması, təhsilə, səhiyyəyə çıxış, iqlim dəyişmələri ilə mübarizə, inklüziv inkişaf kimi çox vacib məsələləri əhatə edir. Bunların həlli üçün gənclərin dialoqu çox vacibdir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi təkcə hökumətlərin deyil, xalqların, universitetlərin, icmaların üzərinə də böyük məsuliyyət qoyur. BDU Azərbaycanda alimlərin, siyasətçilərin, hüquqşünasların, icma liderlərinin yetişməsində mühüm rol oynayır. Gənclər gələcəyin liderləri olmaqla yanaşı, bu günün əsas tərəfdaşlarıdır, onlarla dialoq bu baxımdan çox vacibdir”.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, bütün dünya ölkələrində iqtisadi-sosial-ətraf mühitlə bağlı problemlər qalmaqdadır. Hazırda dünyada 1,3 milyard insan elektrikə və təmiz suya çıxış imkanlarından məhrumdur. 800 milyon insan az qidalanmadan əziyyət çəkir. 400 milyona yaxın insan səhiyyə xidmətlərinə əlçatanlıq problemi yaşayır: “Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədlərindən daha qlobal səciyyə daşıması və bütün dünya ölkələrini əhatə etməsi ilə fərqlənir. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı dövlət səviyyəsində fəaliyyətə 2016-cı ildən başlanılıb. Bu gün müxtəlif dövlət və özəl qurumların, universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərini öz siyasətlərinə inteqrasiya etməsi çox sevindiricidir”.

Tədbir “Davamlı gələcək naminə yaşıl keçid, təhsil və sağlamlıq” mövzusunda panel müzakirə ilə davam edib. BMT-nin Azərbaycanda Rezident-Əlaqələndiricisinin Ofisinin əməkdaşlıq üzrə mütəxəssisi Rəşad Hüseynovun moderatorluq etdiyi paneldə COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, “Ekosfera” Sosial Ekoloji Mərkəzinin rəhbəri, BDU-nun dosenti Firuzə Sultan-zadə, BDU əməkdaşı, Gənc İqlim Elçisi Günel Həcəliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, iqlim dəyişikliyi və onun fəsadları Azərbaycan da daxil olmaqla bütün dünya ölkələrinə təsir edir. İqlim dəyişikliyi ilə mübarizə təkcə hökumətləri deyil, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Gənclər iqlim həllərinin icraçısı kimi deyil, müəllifi kimi çıxış etməlidirlər. Panel sessiyada “vahid sağlamlıq” anlayışının əhəmiyyəti vurğulanıb. Bunun 7 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirdiyi, gənclərin bu prosesə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.

Sonda tələbələrlə sual-cavab sessiyası təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb