ELM VƏ TƏHSİL
BDU dosentinin rəhbərliyi ilə Qəbələnin turist xəritələri hazırlanıb
Bakı, 17 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı dosent Akif Ağbabalının layihə rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya MMC-də ilk dəfə ekoturizm konsepsiyası əsasında “Qəbələ rayonunun və Qəbələ şəhərinin turist xəritələri” ingilis dilində böyük tirajla nəşr edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, xəritələrdə turistlər üçün ən zəruri mədəni, tarixi, sosial və digər obyektlər üzrə informasiyalar toplanıb.
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan xəritələrdən ekologiya, turizm və hotelçilik, coğrafiya və digər ixtisaslarda təhsil alan ali məktəb tələbələri də istifadə edə bilərlər.