ELM VƏ TƏHSİL
BDU-nun alimi “Web of Science” bazasının “Dünya alimi” sertifikatına layiq görülüb
Bakı, 14 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərov elmi nailiyyətlərinə görə beynəlxalq elmmetrik (Web of Science) bazanın “Dünya alimi” (World scientist) sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sertifikatda göstərilir ki, professor Xudaverdi Qənbərov mikrobiologiya sahəsi üzrə əldə etdiyi elmi nailiyyətlərə görə BDU-da və Azərbaycanda 1-ci, Asiyada 160794 alim içərisində 614-cü və dünyada 725853 alim içərisində 1701-ci yerdədir.