ELM VƏ TƏHSİL
BDU-nun Hindistan universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 24 dekabr, AZƏRTAC
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışıb.
Səfir Bavitlunq Vanlalvavna Hindistan universitetləri və tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində fikirlərini bildirib.
Görüşdə tələbə-müəllim mübadiləsi, Hindistanın elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların qurulması, BDU-da Hindistan Mədəniyyət Mərkəzinin açılması, bu ölkənin milli mədəniyyət günlərinin, festivallarının keçirilməsi, filmlərinin nümayişi, sərgilərinin təşkili kimi məsələlər müzakirə olunub.