ELM VƏ TƏHSİL
BDU Türkiyənin daha bir universiteti ilə təcrübə mübadiləsi aparacaq
Bakı, 27 yanvar, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında “Mövlanə” mübadilə proqramı çərçivəsində protokol imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, həyata keçirilən əməkdaşlığın əsas məqsədi BDU-nun müvafiq universitetlə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Muğla Sıtkı Koçman Universitetinin rektoru Hüseyn Çiçək imzalayıblar.
İmzalanan sənədə əsasən, bakalavr, magistr və doktorantların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1992-ci ildə qoyulmuş Muğla Sıtkı Koçman Universitetində 44 min tələbə təhsil alır. 4 institut, 47 araşdırma mərkəzinin fəaliyyət göstərdiyi universitetdə 21 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.