ELM VƏ TƏHSİL
BDU Türkiyənin Orta Doğu Texniki Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Orta Doğu Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sənədi BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Orta Doğu Texniki Universitetinin “Erasmus” koordinatoru Qaye Teksöz imzalayıblar.
Protokol BDU ilə Orta Doğu Texniki Universiteti arasında əlaqələrin genişləndirilməsini, təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsini nəzərdə tutur.
Əsası 1956-cı ildə qoyulmuş Orta Doğu Texniki Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. İyirmi səkkiz mindən çox tələbənin təhsil aldığı universitetdə 5 fakültə, 5 peşə məktəbi və 5 beş institut fəaliyyət göstərir.