CƏMİYYƏT
Bədbəxt hadisələr ölüm və xəsarətlə nəticələnmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Nərimanov rayonunda 2 yaşlı Tural Niftiyev yaşadığı evin 7-ci mərtəbəsində liftin şaxtasına yıxılaraq dünyasını dəyişmişdir.
Yasamal rayonundakı Respublika Klinik Xəstəxanasında təmir işləri aparan Yevlax rayon sakini Natiq Əsgərov 3-cü mərtəbədən liftin şaxtasına yıxılaraq ölmüşdür.
Səbail rayonundakı Milli Parkda şəhər sakini 14 yaşlı Kənan Adilov intihar məqsədi ilə özünü dənizə atmışdır.
Hadisə yerində olan vətəndaşlar tərəfindən xilas olunan K.Adilov xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]