CƏMİYYƏT
Bədbəxt hadisələr ölümlə nəticələnmişdir
Bakı, 9 avqust (AZƏRTAC). Avqustun 8-də Qaradağ rayonunun Güzdək qəsəbəsində, Bakı şəhər sakini Bəhram Məlikova məxsus daş karxanasında işləyən Yardımlı rayon sakini Zöhrəli Cavadov elektrik cərəyanı vurmasından dünyasını dəyişmişdir.
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisində Natiq Allahverdiyev Kür çayında çimərkən boğulmuşdur.
Ağdaş rayonunda yaşayan 1 yaşlı Amin Yusifzadə həyətdən keçən su arxına, Gəncə şəhərinin Nizami rayonunda yaşayan 4 yaşlı Ramal Ağamirov həyətdəki hovuza düşərək boğulmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]