Bədbəxt hadisələr xəsarət və ölümlə nəticələnmişdir
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 25-də metronun “Nizami” stansiyasında Bakı şəhər sakini Məhəbbət Paşayeva intihar məqsədilə özünü qatarın altına atmışdır. Xəsarət almış M.Paşayeva xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, elə həmin gün Bakı şəhər sakini Yusif Qasımov Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsinə zəng edərək Binə qəsəbəsi ərazisində 40-50 yaşlı kişini elektrik cərəyanı vurması və onun ölməsi barədə məlumat vermişdir. 2-ci polis bölməsi əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində Binə qəsəbəsinin “Hövsan südçülük sovxozu” deyilən ərazisində yaşayan İnqilab Zeynalovun öz evində soyuducunu təmir edərkən elektrik cərəyanı vurmasından ölməsi müəyyən edilmişdir.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]