BƏHREYNİN MƏLİKİ ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN İSA AL XƏLİFƏYƏ
Əlahəzrət,
Bəhreyn Məmləkətinin milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, xalqlarımızın qarşılıqlı istəyindən və iradəsindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətlərimiz daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2002-ci il