SİYASƏT
Belarusun “BELTA” agentliyi Ulu Öndərin və Zərifə Əliyevanın 100 illik yubileyləri ilə əlaqədar məqalə yayıb
Kiyev, 11 may, AZƏRTAC
Belarusun “BELTA” dövlət informasiya agentliyi Ümummilli Lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyləri ilə əlaqədar məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Heydər Əliyevin və Zərifə Əliyevanın keçdiyi həyat yolu barədə ətraflı məlumat verilib. Ulu Öndərin nadir şəxsiyyət, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu olduğu qeyd edilib.
Belarus ilə Azərbaycan arasında münasibətlərin yaranmasında Ümummilli Liderin müstəsna xidmətləri vurğulanıb.
Məqalədə, həmçinin akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycanda müxtəlif tədbirlərin keçirildiyi bildirilib, onun oftalmologiya sahəsində xidmətlərinə geniş yer ayrılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev