SİYASƏT
BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ KÜRDƏMİRDƏ DƏ UĞURLA DAVAM ETDİRİLİR
Bakı, 14 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli rayonda bələdiyyə seçkilərinə hazırlıqla bağlı demişdir ki, rayon təşkilatında 21 nəfərdən ibarət seçki qərargahı yaradılmışdır.
Rayonda hər zaman yüksək seçici fəallığının nümayiş olunduğunu vurğulayan sədr inandığını bildirmişdir ki, bu dəfə də eyni hal təkrar olunacaqdır: “Dövlətimiz gündən-günə inkişaf edir, ölkə vətəndaşları Prezident İlham Əliyevin yürütdüyü siyasətdən olduqca razıdırlar. Bu amil seçkinin nəticələrində də özünü göstərəcəkdir. Vətəndaşlarımız hər zaman olduğu kimi, yenə də öz seçimlərini demokratik, şəffaf şəkildə edəcəklər. Yeni Azərbaycan Partiyası isə bu prosesdə yenə də ön sırada olacaqdır”.