SİYASƏT
BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ DAVAM EDİR
Bakı, 28 oktyabr (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirmişlər ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Oktyabrın 28-nə kimi 1705 bələdiyyə üzrə 23 min 87 nəfərin namizədliyi təsdiq edilmişdir. Həmin şəxslərdən 4480-i qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 11 583-ü ali təhsillidir.
Namizədliyi təsdiqlənmiş şəxslərdən 21 min 570 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlamışlar. Artıq həmin şəxslərdən 5370-i namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər.
Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 5532 nəfəri bitərəfləri, digərləri isə 26 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşdür.
Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.