Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 689; 2001-ci il, № 11, maddə 677; 2002-ci il, № 5, maddə 237; 2003-cü il, № 6, maddə 273, № 8, maddə 419; 2004-cü il, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005-ci il, № 4, maddə 283, № 10, maddə 884; 2007-ci il, № 3, maddə 212, № 11, maddə 1051; 2008-ci il, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009-cu il, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010-cu il, № 7, maddə 605) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Zaqatala rayonu” bölməsinin 56.28-ci sırasından “və Qazangül qəsəbəsi” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin