Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 689; 2001-ci il, № 11, maddə 677; 2002-ci il, № 5, maddə 237; 2003-cü il, № 6, maddə 273, № 8, maddə 419; 2004-cü il, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005-ci il, № 4, maddə 283, № 10, maddə 884; 2007-ci il, № 3, maddə 212, № 11, maddə 1051; 2008-ci il, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009-cu il, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010-cu il, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Ağsu rayonu” bölməsinin 12.24-cü sırasında “və Nəmirli” sözləri “, Nəmirli və Bənəcik” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin