“BƏLƏDİYYƏLƏRİN STATUSU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 405; 2001-ci il, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 242; 2003-cü il, ¹ 1, maddələr 11, 16, ¹ 6, maddə 256; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 202, ¹ 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007-ci il, ¹ 11, maddələr 1053, 1082; 2008-ci il, ¹ 5, maddə 354) aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
“Maddə 13-1. Bələdiyyələrin Dövlət reyestri
Azərbaycan Respublikasında bütün bələdiyyələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir.
Bələdiyyələrin Dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2009-cu il.