Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 1; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10; 2005, № 2, maddə 62; 2006, № 2, maddə 67, № 6, maddə 478) ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. IV bölmənin “Bələdiyyənin daimi və başqa komissiyaları” hissəsinin 2-ci bəndinin ikinci abzasında “iclasına və ya” sözlərindən sonra “bələdiyyənin qərarına əsasən” sözləri əlavə edilsin;

2. VI bölmənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.”;

3. VIII bölmənin beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilsin:

“Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir.

Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin