Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəli, qaliblər belə danışır!

Bəli, qaliblər belə danışır!

Moskva, 1 noyabr, AZƏRTAC

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Üçtərəfli görüş bir Bəyanatın imzalanması ilə başa çatıb.

Görüşdə tərəflər əvvəllər imzalanmış üçtərəfli razılaşmaların həyata keçirilməsinin gedişi, ticarət-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası və digər məsələləri müzakirə ediblər.

Görüşdən əvvəl Qarabağ ermənilərinin xaricdəki diasporun dəstəyi ilə keçirdiyi mitinqlərinin də şahidi odluqduq. Xaricdə yaşayan ermənilərin və onların havadarlarının dəstəyi ilə keçirilən bu aksiya iştirakçılarının əllərində tutduqları şüarlara, səhnədən səsləndirdikləri tələblərə və dünənki Soçi görüşünün nəticələrinə diqqət yetirdikcə anlayırsan ki, tarixin dərslərini yaddaşından silən toplum yalnız məğlubiyyətə məhkumdur. Otuz il əvvəlki transparantları zirzəmidən çıxarıb, tozunu silib meydana çıxan bu toplum və onların başbilənləri Soçi məğlubiyyətindən, ümid edək ki, nəticə çıxara biləcəklər.

Soçi görüşü Rusiya Prezidentinin Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşü ilə başladı. Ermənistan baş naziri kiçicik kağız parçalarına yazılmış nitqini sıxıla-sıxıla oxuyaraq bildirdi ki, Ermənistan “Dağlıq Qarabağ münaqişəsi”nin həllində Rusiya variantına üstünlük verir. “Ümid edirəm ki, bu gün üçtərəfli görüşün yekunlarına dair imzalanması gözlənilən üçtərəfli Bəyanatın mətnində həmin sənədə istinad etmək təklifini dəstəkləyəcəksiniz. Ermənistan bunu təklif edib, lakin bizdə indiyədək Rusiyanın bu təklifi dəstəkləməsinə dair təsdiq yoxdur”, - deyə N.Paşinyan bildirib. Bir qədər irəli gedərək qeyd edək ki, görüşün sonunda həqiqətən imzalanan Bəyanatda nə “Dağlıq Qarabağ” sözü, nə də həmin o təklif barədə bir kəlmə də yox idi. Üçtərəfli danışıqların keçirildiyi Soçinin “Rus” sanatoriyasının pilləkənində Nikol Paşinyanı yola salan Vladimir Putin onu öz çətirinin altına alsa da görünür, Rusiya çətiri də bu dəfə də Paşinyanın köməyinə gəlmədi.

Daha sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlətinin başçısı İlham Əliyev ilə təkbətək görüş keçirdi. Azərbaycan Prezidenti xatırlatdı ki, bugünkü görüş regional məsələlərə həsr edilib, iki il əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoyub və indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”, - deyə Azərbaycan lideri bildirib.

Dünənki üçtərəfli görüşün yekunlarına dair imzalanmış Bəyanat da elə Azərbaycan tərəfinin irəli sürdüyü 5 prinsipi və Qarabağ münaqişəsinin tarixdə qalmasını əks etdirdi. Ermənistanda bəzilərinin, eləcə də Rusiyadakı erməni diasporunun bəzi nümayəndələrinin ümidləri yenidən puça çıxdı. Görüşün gedişində onların sosial şəbəkələrdə bir ağızdan yazdıqları “Bəyanatda “Artsax”ın müstəqilliyi barədə bənd olacaq” kimi sərsəm iddialar cavabsız qaldı.

Rusiya Prezidenti azərbaycanlı həmkarını da “Rus” sanatoriyasından yola salmağa çıxmışdı. Ancaq Azərbaycan Prezidenti Soçi yağışından qorunmaq üçün öz çətirini açdı.

Birgə Bəyanatın mətninə gəldikdə isə sənəddə Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi üçün bütün razılaşmalara dönmədən riayət edilməsi vurğulanır. Bəyanatda nə “Artsax”, nə də “Dağlıq Qarabağ” deyil, məhz “Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zona” yazılması Paşinyanın bir neçə saat əvvəlki “Dağlıq Qarabağ münaqişəsi”ni hələ də həll etmək cəhdlərini külək dəyirmanı ilə döyüşə bənzətdi.

Görüş başa çatdıqdan sonra Rusiya Prezidenti yerli jurnalistlərin suallarına cavab verdi. V.Putin bildirdi ki, danışıqlar zamanı razılıq əldə edilməmiş məsələlər də var. “Onlar barədə danışmaq olarmı? Olar, ancaq lazım deyil. Çünki əgər onlar indiyədək nizama salınmayıbsa, mətbuatın, ictimaiyyətin diqqətini onlara cəlb etmək lazım deyil. Sadəcə, sakit şəraitdə, qapalı rejimdə onların razılaşdırılmasına nail olmaq lazımdır. Bu, çox incə məsələlərdir, hər iki tərəf üçün həssasdır və mənim onları tərəfdaşlarımın razılığı olmadan qabartmaq hüququm yoxdur”, - deyə V.Putin vurğuladı.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinə gəldikdə isə V.Putin bu məsələnin 2020-ci ilin noyabrında, münaqişə başa çatanda imzalanmış birgə Bəyanatda qeyd olunduğunu dedi. Bir daha: 2020-ci ilin noyabrında, münaqişə başa çatanda. “Burada əlavə etməli heç nə yoxdur”, - dəyə V.Putin bildirdi.

Rusiya Prezidenti qeyd etdi ki, sülh müqaviləsi hələlik yoxdur. Bu sənədin bəndlərindən danışmaq hələ tezdir. Çünki müqavilə “hər iki tərəfin güzəştləri əsasında” tərtib olunmalıdır.

Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyasını mühüm məsələ adlandıran Rusiya lideri ölkəsinin sovet ordusu baş qərargahının arxivindəki xəritələri təqdim etməyə hazır olduğunu diqqətə çatdırdı və əlavə etdi ki, bu ən dəqiq xəritələrdir.

Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə də toxunan V.Putin bu məsələnin imzalanacaq sülh müqaviləsindən asılı olduğunu vurğuladı.

Rusiyanın “Kommersant” nəşrinin müxbiri Andrey Kolesnikov Soçi görüşü barədə hazırladığı reportajda Rusiya və Azərbaycan prezidentlərinin görüşündən yazaraq dövlətimizin başçısının qətiyyətli mövqeyini vurğulayıb və “Bəli, qaliblər belə danışır” nəticəsinə gəlib. Sizinlə tam razıyıq, cənab Kolesnikov!

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb