Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Benilüks Azərbaycanlıları Konqresi: Son günlər Moskvada baş verən xoşagəlməz hadisələr iki xalqın tarixi dostluğunu pozmaq məqsədi daşıyır

Paris, 18 oktyabr (AZƏRTAC). Mənzil qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlılar Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum son günlər Moskvada baş verən hadisə ilə əlaqədar Rusiyada azərbaycanlıların sıxışdırılması ilə bağlı bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: Hamıya məlumdur ki, belə hadisələr dünyanın hər bir ölkəsində tez-tez baş verir. Əlbəttə, istənilən halda cinayət baş vermiş və ortada insan həyatına qəsd olunmuşdur və qatil mütləq cəzasını almalıdır. Amma belə hadisəsini Rusiyanın bəzi maraqlı dairələri milliləşdirməyə, Azərbaycan və rus xalqları arasında tarixi dostluğu pozmağa səy göstərmələri təəssüf hissi doğurur. Bütün qeyri-rus xalqlarına, o cümlədən azərbaycanlılara kəskin düşmənçilik münasibəti bəsləyən və dəfələrlə xalqımız barəsində xoşagəlməz ifadələr işlədən Y. Jirinovski azərbaycanlıların Rusiyadan deportasiya olunması üçün imzatoplama kampaniyasına rəhbərlik etməyə başlamış, qatı millətçi A. Novalinin hərəkətləri Rusiyada formalaşmaqda olan antisemitizm meyllərinin bariz nümunəsidir.

BAK mahiyyətindən asılı olmayaraq hər cür qətl hadisəsinə qarşıdır. Eyni zamanda, təşkilat Rusiyada bəzi qüvvələrin digər millətlərin nümayəndələrinə, o cümlədən azərbaycanlılara qarşı apardıqları kampaniyanı qətiyyətlə pisləyir və bildirir ki, dünyanın heç bir hüquqi dövlətində bir nəfərə görə bütün xalq günahlandırılmır və onlara qarşı diskriminasiya hərəkətlərinə əl atılmır.

Amerika və Avropanın müxtəlif ölkələrində ruslardan ibarət cinayətkar dəstələr mövcuddur və onlar fəaliyyət göstərdikləri dövlətlərdə onlarla insanı qətlə yetirirlər. Onların törətdikləri cinayətlərə görə heç kim rus xalqını günahkar hesab etmir və həmin ölkələrdə yaşayan digər ruslara qarşı hər hansı antisemitizm hərəkətlərə yol verilmir və onlar deportasiya olunmurlar.

Moskvanın Biryuzova ticarət mərkəzinə və Porkovka meyvə-tərəvəz bazarına skinhedlərin hücumları, Tverdə 100-dən artıq azərbaycanlının saxlanılması və həbs olunması, 27 yaşlı gənc Qaraxanlının məhz azərbaycanlı olduğu üçün qətlə yetirilməsi kimi faktlar Rusiya kimi böyük bir dövlətə baş ucalığı gətirmir.

BAK azərbaycanlılarla bağlı digər tarixi faktları diqqətə çatdırmağı özünə borc bilir. İkinci Dünya müharibəsində hərbi texnikanın 90 faizini yanacaqla təmin etmək üçün arxa cəbhədə gecəni gündüzə qatıb var gücləri ilə çalışmış və qələbənin əldə edilməsinə öz layiqli töhfələrini vermiş baba-nənələr, ata-analar bu gün deportasiyaya məruz qalanların valideynləri olmuşlar.

Böyük Vətən müharibəsi zamanı müxtəlif millətlərin nümayəndələri ilə birlikdə çiyin-çiyinə vuruşaraq rus torpaqlarını azad edən yüzlərlə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. General Həzi Aslanov, partizan hərəkatının qorxmaz döyüşçüsü “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə, Leninqrad səmasını faşist bombardmanından qoruyan mərd şahin Hüseynbala Əliyev, sinəsini düşmən pulemyotunun qarşısında sipər edərək yüzlərlə döyüşçü yoldaşlarının həyatını xilas edən, amma özü həlak olan Qafur Məmmədov və müharibənin gedişində fədakarlıq göstərən digər döyüşçülər Azərbaycan xalqının nümayəndələri idilər. Döyüş tarixinə şanlı salnamələr yazan 416-cı diviziya məhz azərbaycanlılardan təşkil olunmuşdu. On minlərlə azərbaycanlı müharibədə həlak olmuş, itkin düşmüş və yaralanmışdı. Bu tarixi faktlar heç vaxt yaddan çıxmamalıdır.

BAK digər bir mühüm faktı da diqqətə çatdırmağı lazım bilir. Bu yaxınlarda Niderland Krallığının inzibati mərkəzi Haaqada rus diplomatının qanun pozuntusuna görə saxlanılması Rusiyada böyük hay-küyə səbəb olmuşdu. Rəsmi Moskvanın təkidi ilə Niderlandın Xarici İşlər Nazirliyi Rusiyadan üzr istəmişdi. Buna qane olmayan Rusiya tərəfi həmin polisin həbs olunmasını tələb etmişdi. Amma görəsən Rusiya naməlum şəxslər tərəfində öz evində vəhşicəsinə döyülən niderlandlı diplomata görə Niderland dövlətindən üzr istəyəcək və cinayətkarı həbs edəcəkmi?

Benilüks Azərbaycanlıları Konqresi bütün bunları nəzərə alaraq Rusiyadakı bəzi qeyri-sağlam qüvvələrin millətçilik addımlarını qətiyyətlə pisləyir və bu məsələnin beynəlxalq gərginliyə səbəb olacağından narahatlığını vurğulayır. BAK baş verənləri Azərbaycan dövlətinə siyasi təzyiq kimi qiymətləndirir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Araz-Naxçıvan” futzal klubu15 ildən Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb