İQTİSADİYYAT
Bərdə rayonunun Qəhrəmanlı kəndinə təbii qaz verilmişdir
Bərdə, 14 aprel (AZƏRTAC). Bərdə rayonunun Qəhrəmanlı kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilən toplantıda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Milli Məclisin deputatı Zahid Oruc sakinləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışmışlar. Bildirilmişdir ki, Bərdə şəhərinin qazlaşdırılması başa çatdırılmış, 26 kənd mavi yanacaqla təmin olunmuşdur. Yaxın vaxtlarda rayonun Saatlı, Gərənə, Nazırlı, Hacılar, Qazaxlar və Həsənqaya kəndlərinə də təbii qaz veriləcəkdir.
Qəhrəmanlı kəndinin qazlaşdırılması üçün 5110 metrlik daşıyıcı, 3991 metr kəndarası paylayıcı xətlər çəkilmişdir. Mənzillərdə sayğac və qaztənzimləyicilər quraşdırılmışdır.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]