Bərdədə 40 nəfər könüllü qan verib
Bərdə, 28 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İyulun 28-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad ediblər. Mərkəzi Qan Bankının Bərdə bölməsində qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyada Bərdə ilə yanaşı, ətraf rayonlardan olan sakinlər də iştirak ediblər. Aksiya zamanı 40 nəfər könüllü olaraq qan verib.
Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]
Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]