REGİONLAR
Bərdədə gənc yazıçılar müsabiqəsinin qalibləri müəyyənləşib
Bərdə, 8 dekabr, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi görkəmli yazıçı və böyük ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan “Gənc yazarların müsabiqəsi”ni təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən müsabiqədə Bərdə, Yevlax və Tərtər rayonlarından olan gənc yazarlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin bədii yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən danışıblar. Bildirilib ki, Mir Cəlal Paşayev malik olduğu mədəni, ədəbi, elmi, pedaqoji dəyərləri daha da ucaldıb.
Müsabiqədə gənc yazarlar şeir və hekayələrini oxuyublar.
Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. Müsabiqənin qalibləri Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən diplomlarla təltif edilib.