REGİONLAR
Bərdədə mal-qaranın baş sayı, heyvandarlıq məhsullarının istehsalı artmışdır
Bərdə, 18 yanvar (AZƏRTAC). Bərdə rayonunda heyvandarlıq məhsulları istehsalı artmışdır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ildə təsərrüfatlarda 81 min 756 baş mal-qara, 129 min 753 baş qoyun və keçi olmuşdur. Əvvəlki illə müqaisədə mal-qaranın sayı 1,7 faiz, qoyun və keçilərin sayı isə 1,6 faiz çoxalmışdır. Qaramalın baş sayı rayonun Güloğlular, Yeni Əyricə, Ləmbərən, Xəsili, Otuzikilər kənd ərazi vahidlərində daha çox artmışdır. Bundan başqa rayonun təsərrüfatlarında 363 min 824 baş müxtəlif növ quş, 1.232 arı ailəsi bəslənilir.
Keçən il rayonda 12 min 50 ton ət, 47 min 604 ton süd, 371 ton yun, 23 milyon 950 min ədəd yumurta istehsal edilmişdir. 2009-cu ilə nisbətən ət istehsalı 6,9 faiz, süd istehsalı 2,8 faiz, yun istehsalı 6 faiz, yumurta istehsalı 4,1 faiz çox olmuşdur.