BƏRDƏDƏ OĞUL ANASINI QƏTLƏ YETİRMİŞDİR
Bakı, 3 noyabr (AZƏRTAC). Bərdə rayonunda qətl hadisəsi baş vermişdir.
Rayon sakini Nicat Qarayev qısqanclıq zəminində anası Zenfira Novruzovanı bıçaqla qətlə yetirmişdir.
N.Qarayev Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Xaçmaz Dəmir Yolu Stansiyası ərazisində Xaçmaz rayonunun Armudpadar kənd sakini Rəhim Abbasov münaqişə zəminində rayon sakini Ağagül Hacıyevi bıçaqla qətlə yetirmişdir.
R.Abbasov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]