REGİONLAR
Bərdədə “patı” və heroin satan şəxslər saxlanılıb
Bərdə, 22 sentyabr, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rauf Qaraşov və Həsən Ravəndi saxlanılıblar. Onların üzərindən satış məqsədilə qablaşdırdıqları “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.