BƏRDƏDƏ SANİTARİYA AYLIĞI BAŞA ÇATIR
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bütün yaşayış məntəqələrini əhatə edən aylıqda səhiyyə müəssisələrinin kollektivləri yaxından iştirak etmişlər. Həkim briqadaları müntəzəm şəkildə qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yerlərdə, o cümlədən çadır şəhərciklərində olmuş, buradakı həmkarları ilə əlbir fəaliyyət göstərmişlər.
Yoluxucu xəstəliklərin profilaktikasına dair sanitariya maarifi işləri genişləndirilmişdir. Müxtəlif xəstəliklər, o cümlədən malyariya törədə biləcək mənbələr dezinfeksiya edilmişdir. Qida məhsullarının sanitariya qaydalarına uyğun saxlanması və satışının təşkilinə, içməli suyun keyfiyyətinə nəzarət gücləndirilmişdir. Gigiyenik sertifikatsız məhsulların istehsalı və satışı qadağan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]