REGİONLAR
Bərdədə taxıl sahələri artırılıb
Bərdə, 1 dekabr, AZƏRTAC
Bərdə rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri 2016-cı ilin məhsulu üçün taxıl səpini kampaniyasını uğurla davam etdirirlər.
Bərdə Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-a bildirib ki, bu günədək 12 min 217 hektarda taxıl, o cümlədən 9145 hektarda buğda, 3072 hektarda arpa səpilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə buğda səpilmiş sahələr 597 hektar və ya 7 faiz, arpa səpilmiş sahələr isə 359 hektar və ya 13,2 faiz çoxdur.
Havaların əlverişli keçməsindən istifadə edən torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]