Bərdədə yerkökü yığımı davam edir FOTO
Bərdə, 16 oktyabr, T.Ağaməmmədov, foto R.İsmayılov, AZƏRTAC
Ermənistan silahlı bölmələrinin cəbhəyanı ərazilərdə yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, kənd təsərrüfatı işləri davam etdirilir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Bərdə rayonunun Soğanverdilər kəndi də düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindəndir. Hazırda Soğanverdilər kəndində yerkökü yığımı həyata keçirilir.