ELM VƏ TƏHSİL
Bərdəli məzunlar qəbul imtahanlarında yüksək nəticələr əldə etmişlər
Bərdə, 26 avqust AZƏRTAC). Bərdəli məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə etmişlər.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1430 məzundan 721 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd vermiş və onlardan 299-u tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunlardan 55 nəfəri 500 baldan yüksək, o cümlədən 29 nəfəri 600-dən çox bal toplamışdır.
Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni Zərifə Əliyeva adına məktəb liseyin məzunları göstərmişlər. Bu təhsil ocağının məzunlarından 51-i tələbə adını qazanmış, onlardan 10 nəfəri 500-dən yüksək bal toplamışdır. Xan Qaraqoyunlu kənd tam orta məktəbinin məzunu Sədiqə Rəhimova imtahanlarda 689 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişdir.