Berlində qatar yanıb
Berlin, 3 noyabr, AZƏRTAC
Ötən gecə Berlindəki “Ahrensfelde” dəmir yolu stansiyasında qatarlardan birində güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Hadisə nəticəsində qatarın üç vaqonu yanıb. Yanğın zamanı qatarda sərnişin olmayıb.
Qatarın bələdçisinə və maşinistə hadisə yerində təcili tibbi yardım göstərilib. Onların ciddi xəsarət almadığı bildirilir.
Yanğın dərhal nəzarətə götürülərək söndürülüb.
Özəl dəmir yolu şirkətlərindən birinə məxsus olan qatarda baş verən yanğınla əlaqədar polis tərəfindən təhqiqat aparılır.
Yanğınla əlaqədar fəaliyyəti qısa müddətə dayandırılmış stansiyada hərəkət artıq bərpa edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]