SİYASƏT
BERLİNDƏ XOCALIDA ERMƏNİ VƏHŞİLİYİNİ PİSLƏYƏN MİTİNQ KEÇİRİLƏCƏKDİR
Berlin, 12 fevral (AZƏRTAC). Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzindən bildirmişlər ki, fevralın 26-da Almaniyanın paytaxtında, kayzer Vilhelm kilsəsi qarşısındakı meydanda Xocalı soyqırımının ildönümünə həsr edilmiş mitinq keçiriləcəkdir.
Mitinqdə Azərbaycan diasporunun və digər xalqların diasporlarının nümayəndələri, sıravi almanlar iştirak edəcək, 17 il əvvəl erməni hərbi birləşmələri tərəfindən törədilmiş dəhşətli cinayəti pisləyəcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin