İQTİSADİYYAT
Beş ayda dəmir yolu ilə 5,8 milyon ton yük daşınıb
Bakı, 28 iyun, AZƏRTAC
Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-may aylarında 5,8 milyon ton yük, 742,9 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 23,5 faiz, sərnişin daşınmasında isə 19,6 faiz azalma müşahidə olunub.
Orta hesabla sutkada 417 vaqon yüklənib, 394 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 4,6 min ton, Cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [12:34]
Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ
- 04.05.2024 [10:38]
Dünya birjalarında neft ucuzlaşıb
- 04.05.2024 [10:30]